Ana Sayfa > Karusel / Siyasət > XİN başçısı Lavrovla görüşün detallarını açıqladı
XİN başçısı Lavrovla görüşün detallarını açıqladı28-02-2023, 14:07. Yazar: Admin |
Rusiyalı həmkarım Sergey Lavrovla keçirdiyimiz görüşlərdə ikitərəfli əlaqələr, Rusiya və Azərbaycan arasında bağlanan müqavilələr müzakirə olundu. Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Müsbət dialoq oldu deyə bilərik. İki ölkə arasında münasibətlər stabil dinamika üzərində davam edir. İkitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə XİN başçısı vurğulayıb.
Qeyd edək ki, Lavrov fevralın 27-dən Azərbaycanda səfərdədir. Bu gün Bakıda Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub.
Geri dön |