Ana Sayfa > Karusel / Region > Atəşkəs saatlı bombadır, qanlı bədəlini ödədik - Podolyak
Atəşkəs saatlı bombadır, qanlı bədəlini ödədik - Podolyak28-02-2023, 11:57. Yazar: Admin |
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak atəşkəs təkliflərinə münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, müşavir bu barədə tviter səhifəsində yazıb.
"Dərhal atəşkəs tələbləri saatlı bombadır. Rusiya münaqişəni dondurmaq, işğal etdiyi torpaqlarda nəzarəti əlində saxlamaq və hərbi gücünü yenidən formalaşdırmaq üçün bunda israr edir. 9 ildə "atəşkəs"in qanlı bədəlini ödədik. Rusiya qüvvələrinin geri çəkilməsindən əvvəl "sülh planı" deyilən şey olmayacaq", - deyə Podolyak vurğulayıb.
Qeyd edək ki, sonuncu dəfə Çin və Macarıstan tərəfindən atəşkəs təklifi gündəmə gətirilmişdi.(modern.az) Geri dön |