Ana Sayfa > Karusel > Çavuşoğlu İsveç və Finlandiyanın NATO üzvlüyündən DANIŞDI
Çavuşoğlu İsveç və Finlandiyanın NATO üzvlüyündən DANIŞDI27-02-2023, 12:19. Yazar: Admin |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesindən danışıb.
Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi birgə mətbuat konfransında söz açıb.
O, danışıqların bərpa ediləcəyi tarixi açıqlayıb və bildirib ki, 9 mart tarixində NATO mənzil-qərargahında dialoqa yenidən start veriləcək.
Bununla belə, XİN başçısı əlavə edib ki, əgər İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, NATO-ya üzv ola bilməyəcək.
Macarıstanın xarici işlər naziri isə ölkə prezidenti Katalin Novakın Türkiyəyə səfər edəcəyini elan edib. O, Ukraynadakı müharibədən də danışıb və rəsmi Budapeştin atəşkəs tərəfdarı olduğunu vurğulayıb. Geri dön |