Ana Sayfa > Karusel > Türkiyədə yenə ZƏLZƏLƏ OLDU
Türkiyədə yenə ZƏLZƏLƏ OLDU27-02-2023, 11:21. Yazar: Admin |
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat verilib.
Bildirilib ki, vilayətin Ekinözü rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Geri dön |