Ana Sayfa > Karusel / Gündəm > Beyrutda xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6 nəfərə çatıb
Beyrutda xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6 nəfərə çatıb5-08-2020, 12:32. Yazar: Admin |
Beyrutda baş vermiş partlayış nəticəsində xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6 nəfərə çatıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib. Nazir qeyd edib ki, vəziyyəti ağır olan yaralılardan biri əməliyyat olunub, onun səhhəti normaldır. Digər 5 Türkiyə vətəndaşı yüngül xəsarət alıb. Qeyd edək ki, dünən axşam saatlarında Beyrut limanında güclü partlayış olub. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan isə yaralanıb. Geri dön |