Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistanın Laçın yolu ilə bağlı iddiaları əsassızdır - Nazir
Ana Sayfa > Karusel > Ermənistanın Laçın yolu ilə bağlı iddiaları əsassızdır - Nazir

Ermənistanın Laçın yolu ilə bağlı iddiaları əsassızdır - Nazir


25-02-2023, 16:24. Yazar: Admin

Ermənistanın Laçın yolu ilə bağlı iddiaları əsassızdır - Nazir

 

Son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitəsinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsası yoxdur.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə fevralın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə deyib.

 

Həmçinin görüşdə hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb.


Geri dön