Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycan XİN Livana başsağlığı verib


5-08-2020, 11:39. Yazar: Admin

 Azərbaycan XİN Livana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb Apa 


Geri dön