Türkiyə ordusu yanvarın 1-dən bu günə qədər 261 terrorçunu zərərsizləşdirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, İraqla sərhəddə 302 kilometrlik ərazi terrorçulardan təmizlənərək nəzarət altına alınıb.
Nazir onu da qeyd edib ki, “Pençe Kilit” əməliyyatı çərçivəsində 523 terrorçu zərərsizləşdirilib.