Ana Sayfa > Karusel > Polis 21 kq-dan artıq narkotik vasitəni dövriyyədən çıxardı

Polis 21 kq-dan artıq narkotik vasitəni dövriyyədən çıxardı


25-02-2023, 11:45. Yazar: Admin

Polis 21 kq-dan artıq narkotik vasitəni dövriyyədən çıxardı

 

Polis əməkdaşlarının fevralın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqramdan artıq heroin, 18 kiloqramdan çox marixuana, həmçinin 222 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Geri dön