Ana Sayfa > Karusel / Siyasət > ATƏT PA -da vlobbisinə xidmət edənlərin Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb
ATƏT PA -da vlobbisinə xidmət edənlərin Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb24-02-2023, 15:36. Yazar: Admin |
Bu gün Vyanada ATƏT PA-nın qış sesiyasının ümumi komitələrinin birgə iclasında çıxış edən Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Azay Quliyev Azərbaycanın sülh gündəliyindən danışaraq bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində bir-birlərinin ərazü bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini qəbul edib.
Brüssel, Praqa və Soçidə bu prinsiplər, o cümlədən Azərbaycanın təklif etdiyi 5 baza prinsipləri əsasında sülh müqaviləsinin imzalanması haqqında razılıq əldə olunub. Azərbaycan qısa müddətdə sülh sazişini imzalamağa, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa, bütün kommunikasiyaları açmağa hazırdı.
Bununla yanaşı Azay Quliyev bildirib ki, erməni lobbisinin təsiri altında olan siyaçətçilər və ölkələr Azərbaycanın daxili işlərinə, o cümlədən Qarabağda yaşayan erməni vətəndaşlarla münasibətin qurulmasına müdaxilə etməkdən çəkinməlidir. Belə qanunsuz müdaxilə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir və qətiyyən qəbul edilməzdir.
Geri dön |