Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan müxalifətin addımlarını şərh edərkən deyib.
"Biz Ermənistanda mübarizə potensialını - “Müqavimət” hərəkatını yarada bildik və hakimiyyətin vaxtından əvvəl başqa addımlar atmasına imkan vermədik. O ki qaldı taktiki hərəkətlərə - bir kəndin təslim olmasına, sərhəddəki vəziyyətə və s. - bu, hakimiyyətin problemidir", - o əlavə edib.
"Səfərbərlik prosesində müxalifət nümayəndələri vicdanla iştirak edib, mitinqlər, piketlər təşkil ediblər. Amma çatışmazlıqlar da var idi, xüsusən də Qarabağı Azərbaycanın tərkibində görmək istəyən indiki hakimiyyəti kənarlaşdırmaq mümkün olmadı", - Ohanyan söyləyib.(Modern.az)