Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib4-08-2020, 17:31. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb. Geri dön |