Ana Sayfa > Karusel > İranda dollar tezliklə 100 min tümənə çatacaq - İsraildən xəbərdarlıq
İranda dollar tezliklə 100 min tümənə çatacaq - İsraildən xəbərdarlıq23-02-2023, 11:30. Yazar: Admin |
“ABŞ və Avropa ölkələri 2023-cü ilin sentyabrında BMT Baş Assambleyasının iclasına qədər İran rejiminə qarşı sanksiyaları tətbiq edəcək”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen “I24” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, bu sanksiyalar nəticəsində İranda dollar tezliklə 100 min tümənə çatacaq.
"Eyni zamanda İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım olan bütün addımları atacaq. Bu gün İran dünya miqyasında terrorizmi maliyyələşdirən bir nömrəli ölkədir. Digər tərəfdən də İran Ukrayna ilə mübarizə aparmaq üçün Rusiyaya silah verir. Ona görə də İsrail İrana qarşı mübarizəsini gücləndirəcək”,- deyə XİN rəhbəri bildirib.
Xatırladaq ki, İranda son günlər tümənin dollar qarşısında ucuzlaşması Tehran bazarlarında etirazlara səbəb olub. Tehran bazarından, “Əlaəddin” alış-veriş mərkəzindən çəkilən videoda satıcılar və mağaza sahibləri öz həmkarlarını ölkədə dolların məzənnəsinin kritik rekord həddə - 51 min tümənə yüksəlməsinə etiraz olaraq tətilə qoşumağa çağırıblar. Geri dön |