Ana Sayfa > Karusel > Laçın və Tərtərdə silah-sursat aşkarlandı - FOTO

Laçın və Tərtərdə silah-sursat aşkarlandı - FOTO


23-02-2023, 10:24. Yazar: Admin

Laçın və Tərtərdə silah-sursat aşkarlandı - FOTO

 

İşğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapılıb.

 

Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.


Geri dön