Ana Sayfa > Karusel / Səhiyyə > Yoluxma statistikası yeniləndi - Daha 2 ölüm
Yoluxma statistikası yeniləndi - Daha 2 ölüm21-02-2023, 16:55. Yazar: Admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 828 395 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 145 nəfər müalicə olunaraq sağalıb, hazırda 145 aktiv xəstə var. Bu günə qədər 10 105 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1695, ümumilikdə isə 7 516 142 test icra olunub.
Geri dön |