Ana Sayfa > Karusel / Region > Türkiyədə hər şeyi atıb zəlzələ bölgəsinə gedən azərbaycanlı həkimdən danışırlar - VİDEO

Türkiyədə hər şeyi atıb zəlzələ bölgəsinə gedən azərbaycanlı həkimdən danışırlar - VİDEO


21-02-2023, 12:45. Yazar: Admin

Türkiyədə hər şeyi atıb zəlzələ bölgəsinə gedən azərbaycanlı həkimdən danışırlar - VİDEO

 

Türkiyə mətbuatı zəlzələ baş verdiyini öyrənən kimi işini-gücünü atıb zəlzələdən əziyyət çəkənlərin yardımına qaçan azərbaycanlı həkimdən yazır.

 

Qarabaginfo.az xəbər verir ki, "TRT Haber" nəşri azərbaycanlı həkim Ruslan Abdullayev haqqında videomaterial hazırlayıb.

 

Bildirilib ki, o, zəlzələ barədə xəbər aldıqdan sonra 7 il çalışdığı Adıyamana yollanıb.

 

"Bu bir könül borcudur, aidiyyat duyğusudur", - deyə R.Abdullayev söyləyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Dünən isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.(Modern.az)


Geri dön