Ana Sayfa > Karusel / Cəmiyyət > Təşvişə düşməyin - Müdafiə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Təşvişə düşməyin - Müdafiə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ


21-02-2023, 12:36. Yazar: Admin

Təşvişə düşməyin - Müdafiə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

 

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

 

"Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", məlumatda deyilir.


Geri dön