Ana Sayfa > Karusel / Qarabağ > Vardanyan istefaya göndərilir - Tarix açıqlandı

Vardanyan istefaya göndərilir - Tarix açıqlandı


21-02-2023, 12:32. Yazar: Admin

Vardanyan istefaya göndərilir - Tarix açıqlandı

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan fevralın 23-də istefaya göndəriləcək. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilir ki, separatçıların "rəhbəri" Arayik Arayik Harutyunyan fevralın 23-də xüsusi bəyanat yayacaq. Nəşr qeyd edir ki, xüsusi dəyişikliklər baş verməsə, Arayik Vardanyanın istefasını açıqlayacaq. 

Məlumata görə, Vardanyanın yerinə separatçıların "baş prokuroru" Qurgen Nersisyan təyin ediləcək. 

Ermənistanın "Hraparak" qəzeti isə yazır ki, Vardanyan "vəzifədən" azad edilsə də, Xankəndidə qalmağa davam edəcək. 


Geri dön