Ana Sayfa > Karusel > Füzuliyə qanunsuz keçənlər həbs olundu

Füzuliyə qanunsuz keçənlər həbs olundu


20-02-2023, 15:47. Yazar: Admin

 

Füzuliyə qanunsuz keçənlər həbs olundu

 

Mina və digər partlayıcı vasitələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub. Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

 

Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.


Geri dön