Ana Sayfa > Karusel > Çin Rusiyanı dəstəkləsə, qırmızı xətti keçmiş olacaq - ABŞ rəsmisi
Çin Rusiyanı dəstəkləsə, qırmızı xətti keçmiş olacaq - ABŞ rəsmisi20-02-2023, 10:40. Yazar: Admin |
"Çin Ukraynaya qarşı müharibədə Rusiyaya kritik hərbi yardım göstərmək qərarına gələrsə, bu, qırmızı xətti keçmək mənasına gələcək".
Qarabaginfo.az "Unian"a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.
"Biz Çinin sülh istədiyi barədə açıqlamasını alqışlayırıq... Amma əgər Pekin və ya başqa dairələr Rusiyaya Ukraynaya qarşı amansız hücumunda kritik dəstək vermək niyyətindədirsə, bu, qəbuledilməzdir", - deyə diplomat əlavə edib.
Qeyd edək ki, zaman-zaman Çinin Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməsi barədə qeyri-rəsmi məlumatlar yayılıb. Geri dön |