Ana Sayfa > Karusel > Türkiyədəki zəlzələdə 100 hərbçi HƏLAK OLUB

Türkiyədəki zəlzələdə 100 hərbçi HƏLAK OLUB


20-02-2023, 10:25. Yazar: Admin

Türkiyədəki zəlzələdə 100 hərbçi HƏLAK OLUB

 

Türkiyədə zəlzələ nəticəsində 100 hərbçi həlak olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə qardaş ölkənin müdafiə naziri Hulusi Akar "CNN Türk"ə açıqlamasında bildirib.

 

O qeyd edib ki, hazırda 2 hərbçi itkin düşmüş hesab edilir, onların dağıntılar altında qaldığı ehtimal edilir. Nazir təbii fəlakət nəticəsində yaralı hərbçilərin olduğunu bildirib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Təbii fəlakət 41 mindən çox insanın həyatın son qoyub.

 


Geri dön