Ana Sayfa > Karusel / Region > FHN Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurub  - FOTO - VİDEO

FHN Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurub  - FOTO - VİDEO


18-02-2023, 13:15. Yazar: Admin

FHN Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurub - FOTO - VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

Bu barədə Qarabaginfi.az-a FHN-dən bildirilib.

Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən daha 3 müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub.


Geri dön