Ana Sayfa > Karusel / Siyasət > Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq


4-08-2020, 10:15. Yazar: Admin

 

Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

 

Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.

Qarabaginfo.az xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar.

F.Heydərov son zamanlar uzun müddət xəstəxanada müalicə olunub. Lakin son günlər vəziyyəti kritik olaraq ağırlaşdığı üçün xəstəxanadan çıxarılaraq evə aparılıb.

Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. "Qafqazinfo"

 

 


Geri dön