Ana Sayfa > Karusel / Siyasət > Blinken bu gün Əliyev və Paşinyanla görüşəcək

Blinken bu gün Əliyev və Paşinyanla görüşəcək


18-02-2023, 11:38. Yazar: Admin

Blinken bu gün Əliyev və Paşinyanla görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşirilib.

Görüş yerli vaxtla saat 13:35-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Bundan əlavə, Münxen Təhlükəsizlik Konfransının saytında verilən məlumata görə, şənbə günü Paşinyan, Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ATƏT-in baş katibi Helqa Şmidtin iştirakı ilə Cənubi Qafqazda təhlükəsizliyə dair panel müzakirəsi keçiriləcək.


Geri dön