Ana Sayfa > Karusel / Region > “Zelenskinin Putinlə danışmasına ehtiyac qalmayacaq”- MEDVEDEV

“Zelenskinin Putinlə danışmasına ehtiyac qalmayacaq”- MEDVEDEV


17-02-2023, 17:25. Yazar: Admin

“Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmalı olmayacaq. Ondan sadəcə deyilənə imza atmaq tələb olunacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedevin sözlərinə görə, Ukrayna liderinin Rusiya tərəfi ilə danışıqlara getmək istəməməsi ilə bağlı bəyanatları yeni deyil.

Medvedev onu da qeyd edib ki, Zelenskinin imzaladığı kağızın qiyməti yüksək olmayacaq. Buna misal kimi o, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun imzaladığı Minsk razılaşmalarını xatırladıb.(Azpost.info)


Geri dön