Ana Sayfa > Karusel > İranı yenidən etirazlar BÜRÜDÜ

İranı yenidən etirazlar BÜRÜDÜ


17-02-2023, 15:46. Yazar: Admin

İranı yenidən etirazlar BÜRÜDÜ

 

İranda yenidən etiraz aksiyalarına başlanılıb.

 

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tehran və digər şəhərlərdə geniş etiraz aksiyaları keçirilib. 

 

Aksiyalar ötən ilin sentyabrında baş vermiş nümayişlərdə iştirak etmiş Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edam edilməsinin 40-cı günü ilə əlaqədar təşkil olunub.

 

Məlumata görə, Tehranla yanaşı, Xuzistan əyalətinin Kərəc, İsfahan, Qəzvin, Rəşt, Ərak, Məşhəd, Sənəndəc, Qorvə və İzeh şəhərlərində keçirilən aksiyalarda molla rejiminin əleyhinə şüarlar səsləndirilib. 


Geri dön