Ana Sayfa > Karusel > Blogerin meyiti dağıntılar altından çıxarıldı

Blogerin meyiti dağıntılar altından çıxarıldı


17-02-2023, 15:14. Yazar: Admin

Blogerin meyiti dağıntılar altından çıxarıldı

 

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

 

Qarabaginfo.az xəbər verir ki, Hatayda əməliyyatlar zamanı sosial şəbəkə fenomeni Taha Duymazın cəsədi dağıntılar altından çıxarılıb. 

 

Günlərlə uçqun altında qalan Duymazın meyiti ailəsinə təhvil verilib. Fenomenlə birgə bacısı və qardaşının da meyiti dağıntılar altından tapılıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib.


Geri dön