Ana Sayfa > Karusel / Qarabağ > Qarabağda “hərbisizləşdirilmiş zona” - Paşinyanın yeni kələyi

Qarabağda “hərbisizləşdirilmiş zona” - Paşinyanın yeni kələyi


17-02-2023, 12:39. Yazar: Admin

Qarabağda “hərbisizləşdirilmiş zona” - Paşinyanın yeni kələyi

“Nikol Paşinyanın Qarabağdakı “hərbisizləşdirilmiş zona” fikirləri onun bu mövzuya aid birinci bəyanatı deyil. Ermənistanda da bir neçə rəsmi şəxs qısa müddət ərzində bu barədə bəyanatlar veriblər. Eləcə də onlar Azərbaycan təklif etdiyi sülh sənədinə hansısa iradlar bildirib, təkliflər göndəriblər”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri, siyasi şərhçi Tofiq Zülfüqarov deyib. 

Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan tərəfindən Azərbaycana göndərilən sülh sazişi planında Qarabağa aid qeyd olunan “hərbisizləşdirilmiş zona” ifadəsinə münasibət bildirib. 

T.Zülfüqarova görə, ermənilər bu barədə qapalı olmaq prinsipini pozub öncədən mövqelərini bəyan ediblər, yəni bir növ bundan təbliğat kimi istifadə edirlər: 

“Bəllidir ki, bu təklif Azərbaycan tərəfindən heç bir zaman qəbul olunan deyil və onlar da bunu başa düşürlər. Bu mövzuya aid Azərbaycanın mövqeyi artıq konkret şəkildə açıqlanıb ki, məsələ öz həllini tapıb və Qarabağda olan problemlər Azərbaycan qanunları çərçivəsində daxili işimiz kimi həll olunacaq”. 

Eks-nazirin qənaətinə görə, Ermənistan tərəfi danışıqlar prosesini öz təbliğat məqsədləri üçün istifadə edir: 

“Bu da onu göstərir ki, onların ciddi danışıqlar aparmaq meyli yoxdur və buna bir proses kimi baxırlar. Təbii ki, Azərbaycanda və xaricdə olan mütəxəssislər də artıq əmindirlər ki, Ermənistan bu gün danışıqlar pərdəsi altında görüntü yaratmaq niyyətindədir”. 

Siyasi təhlilçinin sözlərinə görə, Ermənistanın Azərbaycan ərazilərindəki “hərbisziləşdirilmiş zona” təklifi tamamilə absurddur: 

“Ümumiyyətlə, Ermənistanın Baş naziri Azərbaycan əraziləri barəsində hansısa bəyanatları vermək iqtidarında deyil. Bu, bir növ sülh sazişinin əsas prinsiplərinin pozulması, habelə qonşu ölkənin daxili işlərinə müdaxilə etməkdir. Onlara kim belə səlahiyyət verib?!”

“Bu baxımdan, Paşinyanın fikirlərini şərh etmək və ona qiymət vermək lazım deyil. Axı Ermənistanın burada hansı ixtiyarı var ki, bu barədə öz fikirlərini bildirsin?! Ələlxüsus, onlar 30 il ərzində Azərbaycan ərazilərini işğal edib, talan edərək etnik təmizləmələr həyata keçirib, indi də gəlir bizə məsləhətlər verir ki, biz öz əraizmizdə nə edək?!”, - müsahibimiz məlum təklif barəsində danışarkən bildirib. 

Keçmiş XİN rəhbəri erməni tərəfinin təklifinə cavab olaraq yeni bir ideya da irəli sürüb: 

“Bu qəbuledilməzdir və bu məsələyə birmənalı cavab olmalıdır. Biz də onlara məsləhət görməliyik ki, Ermənistanın Baş naziri bizim suverenliyimizə aid olan məsələlər barəsində, ümumiyyətlə, bəyanatlar verməsin. Əgər belədirsə, cavab olaraq biz də Zəngəzur məsələsinə aid fikirlərimizi sələndirməliyik. Tarixi ədalətin bərpası, oradan qovulan insanların pozulmuş hüquqları və s. mövzuları rəsmi səviyyədə gündəmə gətirməliyik. Əgər Ermənistanın dövlət başçısı özündə cəsarət tapıb belə bəyanatlar verirsə, biz niyə verməyək?! Ən məntiqlisi də elə budur”. 


Geri dön