Ana Sayfa > Karusel > Aksiya keçirən gənclərə ləkə yaxırlar - Siyavuş Novruzov

Aksiya keçirən gənclərə ləkə yaxırlar - Siyavuş Novruzov


17-02-2023, 12:26. Yazar: Admin

Aksiya keçirən gənclərə ləkə yaxırlar - Siyavuş Novruzov

 

“Ermənistan başqa yerdən işıq görən kimi dostunu satan ölkədir. Amma bu gün xaricdə fəaliyyət göstərən, özünü azərbaycanlı hesab edənlər erməni dəyirmanına su tökürlər”.

 

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov səsləndirib.

 

“Onların heç birinə azərbaycanlı deyə bilmərik. Bu gün artıq neçə gündür ki, Laçın yolunda haqlı aksiya keçirən gənclərə ləkə yaxırlar. Mən hesab edirəm ki, xaricdə olan belə fəallar hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan əleyhinə təbliğat aparanlar Azərbaycan dövlətinə xəyanət etmiş sayılır və cəzalandırılmalıdır. İndiyə qədər biz eşitməmişik ki, onlar xaricdə Ermənistan səfirliyinin qarşısında aksiya keçirisinlər, Azərbaycanın haqlı səsini çatdırsınlar, amma belə işlərdə aktivdirlər”, - deyə deputat vurğulayıb.


Geri dön