Ana Sayfa > Karusel / Gündəm > Hikmət Haciyev: “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır”

Hikmət Haciyev: “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır”


3-08-2020, 17:31. Yazar: Admin

Azərbaycan Prezidentinin köməkçisi: “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır”

“Dünyada vaksinlərlə bağlı hansı irəliləyişlər əldə edilməsi Azərbaycan hökuməti tərəfindən araşdırılır”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır: “Tam özünü effektiv şəkildə doğrultmuş və alt nəticələrə yol verilməyən vaksinlərlə bağlı araşdırmalar aparılır. Xarici ölkələrlə də bu məsələ müzakirə edilir”.


Geri dön