Ana Sayfa > Karusel > Ağdama ilk köç bu tarixdə olacaq

Ağdama ilk köç bu tarixdə olacaq


16-02-2023, 14:53. Yazar: Admin

Ağdama ilk köç bu tarixdə olacaq

 

İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib.

 

O, bu barədə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında danışıb. İclasda sonra İşçi Qurupunun üzvləri Ağdam şəhərində inşa edilən yaşayış kompleksinə baş çəkiblər. Dövlət qurumlarının nümayəndələrinə tikintinin gedişi barədə məlumat verilib, bildirilib ki, tikinti işləri 2023-cü ilin sonuna qədər başa çatdırılacaq, ərazidə ümumi giriş sayı 11 olmaqla 6 bina tikiləcək.

 

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub.


Geri dön