Ana Sayfa > Karusel > Bakıda 5 marşrut xəttinin hərəkət sxemi DƏYİŞDİRİLDİ

Bakıda 5 marşrut xəttinin hərəkət sxemi DƏYİŞDİRİLDİ


16-02-2023, 13:53. Yazar: Admin

Bakıda 5 marşrut xəttinin hərəkət sxemi DƏYİŞDİRİLDİ

 

Bu gün Bakıda 6, 10, 53, 77 və 205 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişdirilərək alternativ küçələrlə təşkil edilib.

 

Qarabaginfo.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, dəyişiklik Səbail rayonu, İstiqlaliyyət küçəsinin sol zolağında aparılan təmir işləri ilə əlaqədardır.

 

Belə ki, 6, 10, 53, 205 nömrəli marşrutlar İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Ə.Cavad küçəsindən, 77 nömrəli marşrutlar isə A.Şaiq, M.Əliyev, M.Muxtarov, Əhməd Cavad küçələrindən keçməklə daha sonra öz hərəkət sxemi üzrə təşkil edilib.


Geri dön