Ana Sayfa > Karusel > Zəlzələdə həyatını itirənlərin sayı 36 mini keçdi

Zəlzələdə həyatını itirənlərin sayı 36 mini keçdi


16-02-2023, 12:27. Yazar: Admin

Zəlzələdə həyatını itirənlərin sayı 36 mini keçdi

 

Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı 36 187 nəfərə yüksəlib.

 

Qarabaginfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

 

Təbii fəlakət zamanı 108 068 nəfərin isə yaralandığı qeyd olunub.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.


Geri dön