Ana Sayfa > Karusel > Usta təmir sexindən “Lexus” qaçırdı

Usta təmir sexindən “Lexus” qaçırdı


16-02-2023, 12:08. Yazar: Admin

Usta təmir sexindən “Lexus” qaçırdı

 

Paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.


Geri dön