Ana Sayfa > Karusel > Xocalıda beton qarışdıran maşın AŞDI

Xocalıda beton qarışdıran maşın AŞDI


16-02-2023, 11:33. Yazar: Admin

 

Xocalıda beton qarışdıran maşın AŞDI

 

Xocalı rayonunun Çanaqcı kəndində yol qəzası olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Modern.az-a bildirib ki, rayon polis əməkdaşları hadisə yerinə gələrək araşdırmalar aparıb.

 

Məlum olub, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə etdiyi "Mersedec" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir


Geri dön