Ana Sayfa > Karusel > Türkiyədə zəlzələdə həlak olan tələbənin nəşi Gədəbəyə gətirilib

Türkiyədə zəlzələdə həlak olan tələbənin nəşi Gədəbəyə gətirilib


16-02-2023, 10:42. Yazar: Admin

Türkiyədə zəlzələdə həlak olan tələbənin nəşi Gədəbəyə gətirilib

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyevin cənazəsi Gədəbəy rayonuna gətirilib.

Samir Quliyevlə Gədəbəyin İnəkboğan kəndində, yaşadığı evdə vida mərasimi keçiriləcək.

Mərhum kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Samir Quliyev 2000-ci ildə anadan olub, uşaqkən atasını itirib.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.


Geri dön