Ana Sayfa > Karusel / Manşet > Azərbaycanda daha 24 nəfər COVID-19-a yoluxub, ölən yoxdur
Azərbaycanda daha 24 nəfər COVID-19-a yoluxub, ölən yoxdur15-02-2023, 20:10. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur. Azərbaycanda indiyədək ümumilikdə 828 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 038 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir. Ölkədə son sutka ərzində 1552, hazırkı dövrədək isə 7 509 420 test aparılıb. Geri dön |