Xəzər dənizində zəlzələ olub.
Bu barədə Qarabaginfo.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Məlumata görə, yerli vaxtla saat 15:42-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Təkanların maqnitudası 3,1, dərinliyi isə 60 km olub.