Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub, 6 nəfər vəfat edib
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub, 6 nəfər vəfat edib3-08-2020, 16:57. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb. Geri dön |