Ana Sayfa > Karusel > Sürücünü döyüb avtomobilini əzdilər

Sürücünü döyüb avtomobilini əzdilər


15-02-2023, 11:48. Yazar: Admin

Sürücünü döyüb avtomobilini əzdilər

 

Bakıda 2 nəfər sürücünü döyərək mobil telefonunu alıb və avtomobilini əzib.

 

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub.

 

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.

 

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Geri dön