Ana Sayfa > Karusel > Tələbələrin cənazəsi bu tarixdə vətənə gətiriləcək
Tələbələrin cənazəsi bu tarixdə vətənə gətiriləcək15-02-2023, 11:45. Yazar: Admin |
Türkiyənin Malatya bölgəsində zəlzələ zamanı həlak olan azərbaycanlı tələbələrin - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri fevralın 16-da ölkəyə gətiriləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb.
"Cənazələrin bu gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub", - XİN sözçüsü vurğulayıb.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb. Geri dön |