Ana Sayfa > Karusel / Siyasət > Baş Prokurorluqda yeni TƏYİNATLAR

Baş Prokurorluqda yeni TƏYİNATLAR


14-02-2023, 17:45. Yazar: Admin

Baş Prokurorluqda yeni TƏYİNATLAR

Baş Prokurorluqda yeni təyinatlar olub. 

Qarabaginfo.az xəbər verir ki, təyinatlarla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb. 

Əmrlərə əsasən, Fərid Nağıyev Bakı şəhər prokurorunun müavini vəzifəsinə, Mehman Hümmətov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinə, Nazim Rəşidov isə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. 


Geri dön