Ana Sayfa > Karusel > Polşa XİN Rusiya məzunlarını işdən çıxardı

Polşa XİN Rusiya məzunlarını işdən çıxardı


14-02-2023, 16:35. Yazar: Admin

Polşa XİN Rusiya məzunlarını işdən çıxardı

 

Polşa Xarici İşlər Nazirliyi Rusiya məzunlarını işdən çıxarıb.

 

Qarabaginfo.az BBC-yə istinadən xəbər verir ki, Polşanın diplomatik xidmətində Rusiyada təhsil almış heç kim qalmayıb.

 

Məlumata görə, Polşanın xarici işlər naziri Zbiqnev Rau “Polska Codziennie” qəzetinə müsahibəsində bildirib ki, Polşa diplomatiyası təxminən iki aydır azaddır.

 

"Bu, sovet yumşaq gücünün bir hissəsidir. Məzunlar bu imperiyanın dövlət düşüncəsinə xidmət etməli idilər", - nazir deyib.

 

"Biz geniş mənada dekommunizasiyanın bir hissəsi olan çox mühüm prosesi başa çatdıra bildik", - Polşa XİN başçısı söyləyib.


Geri dön