Ana Sayfa > Karusel / Multimedia > Nurlana Əliyeva məhkəməyə məcbur gətiriləcək

Nurlana Əliyeva məhkəməyə məcbur gətiriləcək


14-02-2023, 13:42. Yazar: Admin

 

Bakupost.az - Nurlana Əliyeva niyə “vuruldu”? - Rektorluqdan da yola salınır

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanlın məhkəməyə məcbur gətirilməsi ilə bağlı qərar çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, o, universitetin keçmiş şöbə müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmədə dindirilməlidir. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, şahid qismində ifadə vermək üçün Nurlana Əliyeva dəfələrlə məhkəməyə dəvət olunsa da, o, proseslərə gəlməyib. Buna görə də barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb.

Qeyd edək ki, onun məhkəməyə gətirilməsi üçün D.Əliyevanın vəkili vəsatət verib. Qərarın icrası polisə həvalə olunub.

BSU-nun əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva işlədiyi dövrdə külli miqdarda dələduzluq, rüşvət verməyə təhrik etmə və rüşvət almada ittiham olunur. Dürdanə Əliyeva qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyir.

Xatırladaq ki, Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.


Geri dön