Ana Sayfa > Karusel / Region > Arayik ölsə, separatçılar nə edəcək? - Paşinyanın yeni planı

Arayik ölsə, separatçılar nə edəcək? - Paşinyanın yeni planı


14-02-2023, 11:15. Yazar: Admin

Arayik ölsə, separatçılar nə edəcək? - Paşinyanın yeni planı

“Artsax prezidenti”nin və “dövlət naziri”nin Moskvaya səfərlərindən sonra gedən proseslər “hökumət” platformasında status-kvonun saxlanılacağını deməyə əsas verir. Yəni Rusiya Federasiyası nə “prezident” Arayik Arutyunyanın, nə də “dövlət naziri” Ruben Vardanyanın istefasını istəmir, ona görə də “Artsax”da son zamanlar köklü dəyişikliklər başlayıb. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Erməni nəşri qeyd edib ki, ötən gün Arayik Arutyunyan “prezident vəzifəsi”nin boş qalacağı təqdirdə “konstitusiya”ya dəyişiklik təşəbbüsü ilə çıxış edib: 

“Hazırkı “konstitusiya”ya görə, “prezident” “istefa” verəndən sonra həm “hökumət”, həm də “parlament” avtomatik olaraq buraxılır. Yuxarıdakı dəyişiklikdən sonra isə fors-major və ya hərbi vəziyyət zamanı “prezident” “istefa” verdikdə, yaxud vəfat etdikdə “parlament” yeni “prezident” seçə bilər”.

Qəzet yazır ki, bu müddəa ötən aylarda hazırlanan “konstitusiya” dəyişiklikləri paketinə daxil edilib, lakin ilin sonunda Araik Arutyunyan bu paketi “parlament”dən geri götürüb: 

“Onun peşman olduğu və “konstitusiya”nı dəyişmək istəmədiyi barədə məlumatlar var idi. Lakin Ermənistan hakimiyyətinin təkidi ilə bu qərar “yalnız prezidentin vəfatından sonra” ilə dəyişdirildi. Mənbələrimiz bildirir ki, Nikol Paşinyan “Artsax”da status-kvonun saxlanmasından narahatdır və “konstitusiya” dəyişiklikləri yolu ilə yalnız ona tabe olan yeni “hökumət” qurmaq istəyir. 

KİV onu da əlavə edib ki, dünən separatçı qurum çevrələrində yeni “prezident”in adı belə hallanıb: 

“Həmin şayiələrə görə, Paşinyan “parlament” tərəfindən Soros çevrələrinə yaxın olan “Artsax”ın “baş prokuror”u Qurgen Nersisyanı “prezident” təyin etmək istəyir. Buna baxmayaraq, bir müddət sonra Arutyunyanın bu dəyişiklikləri rədd edəcəyi də istisna edilmir”.(Yenisabah.az) 


Geri dön