Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazir: Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir

Nazir: Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir


13-02-2023, 17:44. Yazar: Admin

Nazir: Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir

Azərbaycan ilə İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

İki ölkə arasında yaradılmış siyasi anlaşma və dostluğu, eləcə də geniş əhatəli əməkdaşlığın davamlı gücləndirilməsini yüksək dəyərləndirən Adolfo Urso deyib: “Həmçinin biz energetika sahəsində çalışırıq. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərini bundan sonra da gücləndirəcəyik. Biz, həmçinin iqtisadiyyat sahəsində çalışırıq. İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır və Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir. Cənab Prezident (Prezident İlham Əliyev-red.) burada bizim həyata keçirəcəyimiz layihənin vacibliyini qeyd etdi. Söhbət burada, həmçinin TAP boru kəmərinin buraxılış qabiliyyətinin iki dəfə artırılmasından gedir. Beləliklə, İtaliyaya daha çox təbii qaz daxil olacaqdır”.


Geri dön