Ana Sayfa > Karusel / Region > FHN xilasediciləri Türkiyədəki axtarış-xilasetmə əməliyyatlarında 613 nəfərin cəsədini çıxarıb 

FHN xilasediciləri Türkiyədəki axtarış-xilasetmə əməliyyatlarında 613 nəfərin cəsədini çıxarıb 


13-02-2023, 10:05. Yazar: Admin

FHN xilasediciləri Türkiyədəki axtarış-xilasetmə əməliyyatlarında 613 nəfərin cəsədini çıxarıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.


Geri dön