Ana Sayfa > Karusel / Manşet > Ukrayna səmasında İranın 4 PUA-sı zərərsizləşdirildi
Ukrayna səmasında İranın 4 PUA-sı zərərsizləşdirildi12-02-2023, 19:24. Yazar: Admin |
Ukrayna Hərbi Hava Qüvvələrinin "Vostok" raket bölmələrinin zenit atıcıları İranın 4 ədəd “Şahed-136/131” hücum kamikadze dronunu məhv ediblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna HHQ-nin teleqram kanalında məlumat yayılıb. Fevralın 11-də axşam saatlarında Azov dənizinin şərq sahillərindən həyata keçirilən dron hücumunun qarşısı uğurla alınıb. Bundan başqa, bu istiqamətdə “Orlan-10” operativ-taktiki PUA-sı da vurulub. Geri dön |