Ana Sayfa > Karusel / Manşet > Roskosmos Türkiyədə zəlzələdən sonra yaranan tektonik qırılmanın peyk görüntüsünü yayıb
Roskosmos Türkiyədə zəlzələdən sonra yaranan tektonik qırılmanın peyk görüntüsünü yayıb12-02-2023, 17:58. Yazar: Admin |
Rusiya peyki Türkiyənin Hatay vilayətində zəlzələ nəticəsində hava limanının dağılan uçuş-enmə zolağının görüntüsünü yayıb. Qarabagindo.az-ın "Roskosmos"un Telegram kanalına istinadən verdiyi məlumata görə, görüntüdə hava limanının ətrafındakı geniş ərazinin su altında qaldığı müşahidə edilir. Müqayisə üçün 2021-ci ilin dekabrında çəkilmiş foto də əlavə olunub. Qeyd edək ki, fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində Hatay hava limanının yeganə uçuş-enmə zolağı tamamilə sıradan çıxıb. Bundan əlavə, Roskosmos Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində yaranan tektonik qırılmanın peyk görüntüsünü də yayıb. (apa.az) Geri dön |