Ana Sayfa > Karusel / Manşet > Mövlud Çavuşoğlu: “Niko Dendiasın bu gün burada olması Yunanıstanın Türkiyə ilə həmrəyliyini göstərir”

Mövlud Çavuşoğlu: “Niko Dendiasın bu gün burada olması Yunanıstanın Türkiyə ilə həmrəyliyini göstərir”


12-02-2023, 14:22. Yazar: Admin

Mövlud Çavuşoğlu: “Niko Dendiasın bu gün burada olması Yunanıstanın Türkiyə ilə həmrəyliyini göstərir”

“Niko Dendiasın bu gün burada olması Yunanıstanın Türkiyə ilə həmrəyliyini göstərir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, zəlzələ baş verəndə ilk zəng edən və yardım təklif edən ölkələrdən biri də Yunanıstan oldu:

“İlk andan etibarən yunan xilasetmə və axtarış qrupları burada çalışırlar. Yaxşı qonşuluq belə günlərdə bəlli olur.

Münasibətlərimizi inkişaf etdirmək üçün başqa bir zəlzələni və təbii fəlakəti gözləmək lazım deyil. Ümid edirəm fikir ayrılığımız olan məsələləri də danışıb həll edərik. Bütün yunan xalqına bu çətin günlərdə bizə verdikləri dəstəyə görə təşəkkür edirəm”.


Geri dön